Tokayevə sui-qəsd hazırlayan jurnalist saxlanıldı

Tokayevə sui-qəsd hazırlayan jurnalist saxlanıldı<span class="qirmizi"></span>

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə prezidenti Kasım-Jomart Tokayevin həyatına sui-qəsddə şübhəli bilinən şəxsin kimliyini açıqlayıb.

Bakupost.az “Ekspress K”yə istinadla bildirir ki, bundan əvvəl mətbuatda keçmiş jurnalist Ayan Atıqayevin Tokayevə və bir sıra yüksək vəzifəli dövlət məmurlarına qarşı sui-qəsd hazırlayan xarici agent olması barədə məlumatlar yayılıb.

“Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Ayan Atıqayev barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin 1-ci hissəsi və 255-ci maddəsinin 4-cü hissəsi ilə qaldırılmış cinayət işi üzrə araşdırma aparır. İstintaq sirri olduğu üçün digər məlumatlar açıqlanmır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki. aprelin 3-də Qazaxıstan əks-kəşfiyyatı Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb. O, Qazaxıstan vətəndaşıdır.

Zaur

BakuPost

Mənbə: www.bakupost.az