10 yaşlı əkizlər boğulan atanı ölümdən xilas ediblər

10 yaşlı əkizlər boğulan atanı ölümdən xilas ediblər<span class="qirmizi"></span>

ABŞ-ın Alabama ştatında 10 yaşlı əkiz qardaşlar Braydon və Kristian Hassiq 11 yaşlı dostları Sem Ebertlə birlikdə atalarını hovuzda boğulmaqdan, ölümdən xilas ediblər.

Milli.Az bildirir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Oğlanlar suyun altında tənəffüs məşqləri edən ataları Bred Hassiqin titrəməyə başladığını və üzünün göyərdiyini görüblər. Braydon, Kristian və onların dostu dərhal köməyə qaçıblar. Kişini quruya çəkiblər, sonra Braydon atasına süni nəfəs verib. Oğlan daha sonra etiraf etdiyi kimi, belə hallarda ilkin tibbi yardımı necə düzgün göstərəcəyini bilmirdi, amma yadına düşüb ki, filmdə boğulan şəxsin necə xilas edildiyini görüb.

Kristian hadisə yerinə yaxın olan sürücünü görüb və ondan təcili yardım çağırmasını istəyib. Bred yerli xəstəxanaya aparılıb və bir gün sonra evə buraxılıb. Kişi xilas üçün ömrünün sonuna qədər oğlanlara minnətdar olacağını etiraf edib.

Braydonun sözlərinə görə, o, atasını xilas etməli olduğunu bilirdi. "Atamla çox xoşbəxt, kədərli və çılğın anlar yaşadım. Ancaq o an düşündüm ki, bu anın sonuncu olmasını istəmirəm", - o deyib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az