Malinin cənubuna hücum edildi - 21 ölü

İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən silahlı döyüşçülər həftə sonu Malinin cənubuna hücum edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ordunun rəsmi məlumatına görə, hücum nəticəsində 17 əsgər və 4 mülki vətəndaş öldürülüb.

Qeyd olunub ki, strateji sərhəd zonasında yerləşən Tessit şəhəri yaxınlığına edilən hücum nəticəsində 9 əsgərin də itkin düşdüyü, maşın və avadanlıqların məhv edildiyi bildirilib.

Əlavə edilib ki, Mali qüvvələri ən azı yeddi döyüşçünü öldürüb.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

"Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlandı

SONRAKI XƏBƏR

Bakıda 19 yaşlı gənc Aşurada çaxnaşma yaratdı