Sərt enişdən sonra stüardessanın beli sındı

Sərt enişdən sonra stüardessanın beli sındı<span class="qirmizi"></span>

"Southwest Airlines" aviaşirkətinin stüardessası sərt enişdən sonra onurğasında sıxılma sınığı yaranıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail yazır.

Hadisə 2022-ci ilin iyulunda baş verib. "Southwest Airlines" aviaşirkətinin reysi Kaliforniyanın Con Ueyn hava limanında sərt eniş edib - eniş zamanı zərbə o qədər güclü olub ki, stüardessalardan birinin yuxarı kürəyindəki fəqərəsi sınıb. Qeyd edilib ki, stüardessa təyyarənin arxa hissəsində oturacaqda olub.

Federal təhlükəsizlik müstəntiqlərinə görə, təyyarədə olan 141 nəfərdən heç biri xəsarət almayıb. Aviaşirkət insidentlə bağlı öz araşdırmasını aparıb və enişin normativ tələblərə uyğun olduğu qənaətinə gəlib. Lakin hesabatın nəticələri ictimaiyyətə açıqlanmayıb.

Təyyarənin endiyi hava limanının uçuş-enmə zolağının uzunluğu 1700 metrdir. Müqayisə üçün qeyd edək ki, yaxınlıqdakı Los Anceles Beynəlxalq Hava Limanında uçuş-enmə zolaqlarının uzunluğu 2700 ilə 3900 metr arasındadır.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az