Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.
Mənbə: lent.az