4 qız dərmandan zəhərləndi, vəziyyətləri...

4 qız dərmandan zəhərləndi, vəziyyətləri...<span class="qirmizi"></span>

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.
2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır

Mənbə: lent.az