Tələbə layklara görə kütləvi qırğın törədəcəkdi

Rusiyada Nijni Novqorod Vilayət Kollecinin 17 yaşlı tələbəsi sosial şəbəkədə onun təhsil müəssisəsində qətliam təşkil etmək planlarından yazıb; daha sonra o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu yolla öz səhifəsindəki bəyənmələrin sayını artırmaq istədiyini bildirib.

Milli.Az bildirir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Tətil zamanı yeniyetmə bir yazı yerləşdirərək, müəyyən bir gündə kollecə hücum etmək niyyətində olduğunu bildirib. O, həmçinin sosial şəbəkədə universitet binasının eyvanının və patronların fotoşəkilini yerləşdirib.

Bundan sonra Daxili İşlər Nazirliyinin və FSB-nin əməkdaşları tələbənin yanına gəliblər və o, məşhur olmaq üçün uğursuz cəhdini etiraf edib. Onun üzərində heç bir silah və sursat tapılmayıb. "Terror aktı haqqında bilə-bilə yalan xəbər vermə" maddəsi ilə cinayət işinin başlanması gözlənilir.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Onu sancan ilanı dişlədi, ilan öldü

SONRAKI XƏBƏR

Qurumuş ağac yaşayış binasının üstünə aşıb – VİDEO