Toydan dərhal sonra ölən qadın 3 nəfərin həyatını xilas edib

Çinin Şaansi əyalətində Çjan adlı qadın toyundan dərhal sonra dünyasını dəyişib və üç nəfərə orqan donoru olub.

Milli.Az bildirir ki, bu barədə Asia One xəbər verir.

Çjan beyindaxili qansızma keçirib və xəstəxanada ölüb. Ailə qadının ölümündən şoka düşsə də, orqanlarını bağışlamağa qərar verib. Yaxınlarının dediyinə görə, Çjanın başına bir şey olarsa, orqan donoru olmaq istəyib.

Çinli qadının dul qalmış əri və valideynləri transplantasiya üçün lazımi sənədləri imzalayıblar. Həmin anda xəstəxanada olan həkimlər, tibb bacıları və könüllülər Çjanın ailəsinin səxavətindən təsirləndilər. Altı həkimdən ibarət komanda üç nəfərin həyatını xilas etməyə kömək edən orqanları müvəffəqiyyətlə çıxarıb.

Sosial şəbəkələrdə xeyli insan qadına və ailəsinə təşəkkür edib. "Orqan donorluğu ölümdən sonra da yaşamağa davam etmək üsuludur", - deyə bir istifadəçi yazıb.

İrfan Vəliyev

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Putin-Xameneyi görüşündən sonra şok iddia – "Böyük təhlükədir"

SONRAKI XƏBƏR

Xalq artisti güneyli müğənni ilə "Laçın" mahnısını ifa etdi -VİDEO