Antalyada AĞIR QAZA: 20-yə yaxın yaralı var

Antalyanın Korkuteli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Publika.az "TRT Haber"ə istinadla xəbər verir.

Məlumata görə, mikroavtobusun aşması nəticəsində 19 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Qəza yerinə çox sayda sağlamlıq, xilasetmə, jandarma və polis qrupları göndərilib.

Sərnişinlər ətraf əyalətlərdən gələn xilasedicilər tərəfindən avtomobildən çıxarılıblar.

Yaralılar arasında əcnəbi vətəndaşların da olduğu bildirilib.

Hüseyn İbadlı

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Peskovdan MESAJ: "Bir çox ölkələr Rusiya ilə bağlı "ağıl xəttini" aşır"

SONRAKI XƏBƏR

Türkiyə və İsrail rəsmiləri payızda bir araya gələcək