Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.

"Report"un xəbərinə görə, bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib", - o bildirib.

Qeyd edək ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Naildən gözlənilməz qərar: "Aylardır özümü hazırlayırdım"

SONRAKI XƏBƏR

İran prezidenti Paşinyanla telefonla danışıb