"Konqresmenlərlə açıq danışdım.., qərarlar qəbul edildi" - Yelena Zelenskaya

"Konqresmenlərlə açıq danışdım.., qərarlar qəbul edildi" - Yelena Zelenskaya<span class="qirmizi"></span>

Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, Rusiyanın Ukraynada başlatdığı müharibənin ən dəhşətli tərəfi işğalçıların dinc insanları sürətlə öldürməsidir.

Bu səbəbdən də o qeyd edib ki, müttəfiqlərin dövlətin müdafiəsi üçün silahları ilə operativ reaksiya verməsi və yardımı çox vacibdir. Bu, mümkün qədər çox insanın həyatını xilas etməyə kömək edə bilər.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Fransa mətbuatına verdiyi müsahibədə danışıb. Prezidentin xanımı ABŞ Konqresindəki çıxışını xatırladıb.

"Mənim üçün Konqresdə amerikalı konqresmenlərlə çıxış zamanı bu səmimi söhbət çox vacib idi. Qərarı verənlər onlardır. Gördüyünüz kimi, qərarlar qəbul edilib... Mən onlarla prezidentin həyat yoldaşı, qızları kimi, anaları kimi açıq danışmışam. Və onlardan Ukraynada daha çox insanın həyatını xilas etmək üçün kömək etmələrini xahiş etdim. Havadan müdafiə sistemləri istədim. Çünki Rusiyanın Ukraynaya doğru atdığı raketlərin 70 faizi yaşayış binalarını, məktəbləri və xəstəxanaları dağıdır. Və dəhşətlisi odur ki, çıxışdan dərhal sonra bildim ki, elə həmin an Xarkova raket düşüb və daha bir yeniyetmə həlak olub. Ata bir neçə saat ölü oğlunun yanından uzaqlaşa bilməyib. Dəhşətli hadisədir. Yəni biz bu barədə danışarkən insanların öldürülməsi davam edir. Ona görə də bu vəziyyətdə Qərb cəmiyyətlərinin reaksiyası önəmlidir”,- deyə Zelenskaya bildirib.

Onun sözlərinə görə, işğalçılar çox çevikdirlər. “Ümid edirəm ki, Qərbin reaksiyası daha da sürətlənəcək və yardım daha tez gələcək. Hər gecikmə günü daha çox Ukraynalının ölümü deməkdir”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info