Kürdəmirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb<span class="qirmizi"></span>

Kürdəmir rayonunda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil yolda hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürücü və onun iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az