11 yaşlı qız oxuduğu məktəbi yandırdı

11 yaşlı qız oxuduğu məktəbi yandırdı<span class="qirmizi"></span>

Rusiyanın Volqoqrad şəhərində 11 yaşlı şagird 92 saylı orta məktəbi yandırmağa cəhd edib.

Bakupost.az xəbər verir ki, məktəb həyətində gəzişən qız rəfiqəsi ilə birgə arxa qapılardan birinin arasına kağızları dolduraraq od vurub.

Yanğın xeyli sahəni tutub, məktəbin inventarı yanıb.

Qız bu hərəkətinin səbəbini izah edə bilməyib.

Onun profilaktik şöbəyə yazılacağı, valideynlərin isə maddi zərəri ödəyəcəyi bildirilir.

Yanğında heç kim xəsarət almayıb.

Aygün Musayeva

Mənbə: www.bakupost.az