“Kisəli diversant” Rusiyanın Avstraliyadakı səfirliyinə “hücum etdi” - VİDEO

“Kisəli diversant” Rusiyanın Avstraliyadakı səfirliyinə “hücum etdi” - <span class="qirmizi">VİDEO</span>

Avstraliyada kenquru Rusiyanın Kanberradakı səfirliyinin hasarına ilişib. Hasarı tullanmaq istəyən kenqurunun uğursuz cəhdləri müşahidə kameralarına əks olunub.

Kadrlarda kenquru hasara doğru gedir, tullanaraq keçmək istəyir, lakin kifayət qədər hündürə tullana bilmədiyi üçün hasara ilişib qalır. Bir neçə saniyədən sonra heyvan özbaşına çıxa bilir və oradan uzaqlaşır.

“Bu gün Rusiyanın Avstraliyadakı səfirliyinin videomüşahidə sistemi icazəsiz giriş cəhdini qeydə alıb. Heç kim xəsarət almayıb”, - deyə Rusiya diplomatik xidməti videonu şərh edib.

 

Mənbə: www.oxu.az