Özünü müstəntiq kimi təqdim edən dələduz DİN-in həqiqi əməkdaşına zəng etdi

Özünü müstəntiq kimi təqdim edən dələduz DİN-in həqiqi əməkdaşına zəng etdi<span class="qirmizi"></span>

Rusiyada Tümen vilayətində fırıldaqçılar telefonla polis şöbəsinin müstəntiqini aldatmağa cəhd ediblər.

Milli.Az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, polisə naməlum şəxs zəng edib. Qadın qəzanın günahkarı olduğunu etiraf edib və pul istəyib. Bundan sonra o, telefonu özünü müstəntiq kimi təqdim edən şərikinə verib. Yalançı asayiş keşikçisi həmsöhbətə rusiyalı qadına ödəniş müqabilində cinayət məsuliyyətindən yayınmağa kömək etməyi təklif edib.

Ədliyyə mayoru fırıldaqçılarla danışdığını başa düşüb və onlara 300 min rubl verəcəyini deyib. Eyni zamanda, o, həmkarları ilə əlaqə saxlayıb və onlara pul köçürməsinin aparılmalı olduğu ünvanı bildirib.

"26 yaşlı Yekaterinburq sakini pul üçün təyin olunmuş yerə gəlib və orada əməliyyatçılar onu gözləyiblər. Kuryer qız Rusiya Daxili İşlər Nazirliyinin Tümen şəhəri üzrə Departamentinin 1 saylı polis şöbəsinə aparılıb", - deyə İrina Volk əlavə edib.

Faktla bağlı dələduzluğa cəhdlə bağlı cinayət işi başlanıb. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkarın əlaltılarını axtarır.

İrfan Vəliyev

Mənbə: news.milli.az