Boynuna qədər mazut çuxuruna düşüb və orada gecələyib

Rusiyada kişi mazut quyusuna yıxılaraq orada gecələmək məcburiyyətində qalıb.

Milli.Az bildirir ki, bu barədə "Rise" Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Buqulma şəhər sakini işdən qayıdarkən mazutlu çuxura düşüb. Mazutun üstündə yalnız başı qalıb. Rusiyalı özü mazutdan çıxmağa çalışsa da, hər hərəkəti ilə mayenin dərinliyinə batıb. Səhər onu yoldan keçən bir nəfər eşidib və xilasediciləri çağırıb.

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərbəst buraxılan şəxsin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, o, tibbi yardımdan imtina edib.

Yerli sakinlərin sözlərinə görə, hadisə yerində əvvəllər sənaye bazası olub, indi isti havada bitum qarajların divarından sızır.

Buqulma administrasiyası nəşrə bildirib ki, təhlükəli ərazi hasarlanıb. Həmçinin prokurorluq ekoloqlarla birlikdə hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Hindistanda sərnişin daşıyan qayıq çaya aşdı - 20 ölü

SONRAKI XƏBƏR

Sürücü qayda pozarsa, YPX fiziki müdaxilə edə bilərmi? - AÇIQLAMA