Azərbaycanda hərbçilər qəzaya DÜŞDÜ

Yevlaxda hərbçilər qəzaya düşüb.

"Unikal"-ın məlumatına görə, hadisə Yevlax şəhərində Yun zavodunun yaxınlığında baş verib. Qarşısına it çıxan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Zaur Abdullayev, Elnur Məmmədov və İzmir Yanalıyev yaralanaraq xəstəxanaya çatdırılıb. Hər üç yaralı hərbi qulluqçudur.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Xocavəndin Tuğ kəndində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib

SONRAKI XƏBƏR

BMT Zaporojye AES ətrafında təhlükəsizlik perimetri yaratmağa çağırıb