Məşhur bloqer qətlə yetirildi

TikTok videoları ilə tanınan rusiyalı bloger Anastasiya Qrişman Sankt-Peterburqda kirayə qaldığı mənzilində ölü tapılıb.

Bir gün əvvəl Anastasiyanın dostu polisə müraciət edərək onunla bir neçə həftədir əlaqə saxlaya bilmədiyini bildirib. Bu səbəbdən evə baxış keçirən hüquq-mühafizə orqanının əməkdaşları 26 yaşlı blogerinin cəsədini mənzilində aşkarlayıblar. Onun boynundan altı bıçaq zərbəsi aldığı bildirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Anastasiya yataq otağında öldürülsə də daha sonra vanna otağına aparılıb. Bundan başqa, mənzildə əşyalarla dolu bir çamadan tapılıb.

Maraqlı məqamlardan biri isə blogerin itkin düşdüyü gündən bu yana - 1 həftədir hesablarının aktiv şəkildə istifadə olunmasıdır.

Hazırda bir nömrəli şübhəli kimi onun sevgilisi - əvvəllər iki dəfə oğurluq və hərbi xidmətdən yayınma ittihamı ilə məhkum olunmuş 24 yaşlı Dmitri Çernışov saxlanılıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rus ordusu niyə uğur qazana bilmədi? – Müdafiə naziri səbəbi göstərdi

SONRAKI XƏBƏR

Yeddi aya 1 milyard dollar – "Şahdəniz"dən rekord mənfəət əldə olunub