Zaqatalada qəza: Yük avtomobilinin sürücüsü öldü

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

PARTLAYIŞLAR, SUİ-QƏSDLƏR, XOFYARATMA... – Ukrayna partizanları işğalçıları qorxu altında saxlayır

SONRAKI XƏBƏR

Qazın qiyməti KƏSKİN BAHALAŞDI