Almaniyada əyləncə parkında qatarlar toqquşub, 34 nəfər xəsarət alıb

Almaniyada əyləncə parkında qatarlar toqquşub, 34 nəfər xəsarət alıb<span class="qirmizi"></span>

Almaniyada əyləncə parkında qatarlar toqquşub.

“Report” xəbər verir ki, bu barədə yerli “Dpa” agentliyi məlumat yayıb.

Hadisə Günzburqdakı Leqolend əyləncə parkında baş verib. Qatarlardan birinin maşinisti qəfil əyləci basıb və bu, onun arxasınca gələn qatarla toqquşmasına səbəb olub. Hadisə zamanı 34 nəfər xəsarət alıb.

Əraziyə 3 xilasedici helikopter, yanğınsöndürmə, xilasetmə xidmətləri və həkimlər cəlb edilib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: report.az