Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub<span class="qirmizi"></span>

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: report.az