Cərrahlar uşağın burnundan nəhəng badamı çıxartdı

Moskva ətrafında Remenski şəhərində cərrahlar 6 yaşlı uşağın burnunun dərinliyində ilişib qalan yekə qozu çıxarıb.

Bakupost.az xəbər verir ki, uşaq evdə valideynləri olmadığı halda, maraqdan masada olan badamı burnuna salıb.

Badam geri gedərək ilişib. Uşaq bütün günü özü burnundan badamı çıxarmağa cəhd etsə də daha da pisləşib.

Valideynləri uşağı dərhal xəstəxanaya götürüb. Rentgendə badamın yuxarı tənəffüs yoluna yaxın dərin yerləşdiyi və ağrı verdiyi məlum olub.

Badam zond vasitəsilə xaric edilib.

Aygün Musayeva

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Fəridə Əzizova: "Azərbaycan himni səslənəndə göz yaşlarıma hakim ola bilmədim"

SONRAKI XƏBƏR

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA