Şəmkirdə gənc qadın itkin düşdü

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Xəbərə görə, A. Məmmədovanın əlamətləri belədir: boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

Day.az

ƏVVƏLKİ XƏBƏR

Şəbnəm oğluna 2 arvad almaq istəyir: "Əsas odur ki..."

SONRAKI XƏBƏR

İspaniyada inflyasiya son 40 ilin ən yüksək həddinə çatdı