Sərxoş kişidən dəhşətli əməl: Sevgilisini çəngəllə vəhşicəsinə öldürdü

Sərxoş kişidən dəhşətli əməl: Sevgilisini çəngəllə vəhşicəsinə öldürdü<span class="qirmizi"></span>

Rusiyada Saratov şəhərinin Leninski rayon məhkəməsi birlikdə yaşadığı qadını çəngəllə öldürən yerli sakini təcridxanaya göndərib.

Milli.Az bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Müəyyən edilib ki, qətl martın 22-nə keçən gecə Kosmodemyanskaya küçəsindəki kommunal mənzildə baş verib. Ədavət zəminində sərxoş vəziyyətdə olan 34 yaşlı kişi birgə yaşadığı 45 yaşlı qadını yumruqlayıb, sonra isə dəfələrlə çəngəllə, o cümlədən boyun nahiyəsindən vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyitini elə həmin gün oğlu tapıb və polisə müraciət edib.

Məhkəmə-tibbi ekspertizası ölümə səbəb kimi boyun nahiyəsinin küt travması olduğunu müəyyən edib. Hücumçu növbəti 13,5 ilini dəmir barmaqlıqlar arxasında sərt rejimli təcridxanada keçirəcək. Hazırda hökm qanuni qüvvəyə minməyib və ondan apellyasiya şikayəti verilə bilər.

Mənbə: news.milli.az