Bank müdiri girov götürüldü

Bank müdiri girov götürüldü<span class="qirmizi"></span>

Türkiyənin Antalya şəhərində naməlum silahlı şəxs bank müdirini girov götürüb.

"Unikal" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb .

Nəşrin məlumatına görə, hadisə Kepez şəhər ərazisində baş verib: "Hadisə yerinə gələn polis qrupları bank filialının qarşısında ehtiyat tədbirlərinə riayət etməklə işə başlayıblar. Hücum edən şəxsin yanında silah olduğu dəqiqləşir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat keçirməyə hazırlaşır".

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org