Türkiyədə müəmma: yerin altından gələn qorxulu səs...

Türkiyədə müəmma: yerin altından gələn qorxulu səs...<span class="qirmizi"></span>

Türkiyənin Siirt vilayətinin Akyayla kəndində gecəyarı baş verən hadisə sakinləri qorxuya salıb.

Axar.az xəbər verir ki, kənd sakinlər gündüz çağı yerin dərinliyindən müəmmalı səslərin gəldiyini iddia ediblər.

Kənd sakinlərindən biri Xalid Aygünün sözlərinə görə, uğultu o qədər güclü olub ki, yerin səthində titrəmə baş verib.

Onun sözlərinə görə, ilk öncə bunun zəlzələ olduğunu düşünsələr də, sonradan evlərdə hər hansı dağıntı, çatın olmadığını müəyyən ediblər.

Digər kənd sakini Sadiq Aktı isə daha öncə belə bir səsi duymadığını bildirib:

“Qorxuducu səs idi. Daha əvvəl zəlzələ yaşamışıq. Bunun zəlzələ ilə əlaqəsinin olduğunu düşünmürəm”.

Qeyd edilir ki, daha öncə yaxınlıqdakı Meydandərə kəndində də bənzər müəmmalı hadisə yaşanıb.

Baş verənlərlə bağlı Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) hər iki kənddə araşdırmalara başlayıb.

Mənbə: axar.az