“Zolgensma” daha bir körpənin ölümünə səbəb oldu

Qazaxıstanın Səhiyyə Nazirliyi bir yaşlı körpənin məhz bu iynənin vurulmasından sonra dünyasını dəyişdiyi faktını təsdiqləyib.

Publika.az xarici elektron portallarına istinadla xəbər verir ki, “Qazaxıstan xalqına” Fondunun ekspert-məşvərətçi komitəsinin tövsiyəsinə əsasən bel-əzələ atrofiyası diaqnozlu 5 azyaşlının müalicəsi üçün əldə edilmiş “Zolgensma” iynəsi bir yaşlı körpənin ölümünə səbəb olub.

Qazaxıstanın Səhiyyə Nazirliyinin baş uşaq nevroloqu Altınşaş Caksıbayeva körpənin ölümünün məhz “Zolgensma”nın tətbiqindən sonra baş verdiyini təsdiqləyib.

 

Dünən eyni səbəbdən iki azyaşlı ölümünün Rusiyada qeydə alındığı barədə izləyicilərimizi məlumatlandırmışdıq. “Zolgensma” qatışıq iynəsi dünyanın ən bahalı dərmanlarından sayılır.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Çin qırıcılarını bu ölkəyə göndərir

SONRAKI XƏBƏR

Ermənilər Kəlbəcər, Gədəbəy, Tovuz və Laçını ATƏŞƏ TUTDU