İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var - FOTO/VİDEO

İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var - <span class="qirmizi">FOTO/VİDEO</span>

İspaniyanın Valensiya muxtar icmasında keçirilən festivalda güclü külək nəticəsində səhnə uçub. Faciə nəticəsində azı bir nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin “Twitter” profilində məlumat verilib.

Məlumata görə, hadisə Kulyerada 4.18-də (Bakı vaxtı ilə 6.18) baş verib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Baş verənlərlə əlaqədar araşdırmalara başlanılıb.

 

Mənbə: Gazeta.ru

Mənbə: www.oxu.az