Zibil qutusuna ilişən adam xilas oldu

Zibil qutusuna ilişən adam xilas oldu<span class="qirmizi"></span>

Fransanın Perpignan şəhərində yeraltı zibil qabına düşən telefonunu çıxarmaq istəyən şəxs zibil qutusuna ilişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəxsi xilas etmək üçün yanğınsöndürənlər cəlb olunub. Başı və bədəni zibil qabına ilişiən şəxs telefonunu almaq istəyərkən böyük çaxnaşma yaşayıb.
Təxminən 1 saat sonra yanğınsöndürənlər zibil qabını kəsərək sıxılmış vəziyyətdə qalan şəxsi xilas ediblər.

Mənbə: sia.az