"Hyundai" "Lamborgini"nin üstündən keçdi - VİDEO

"Hyundai" "Lamborgini"nin üstündən keçdi - VİDEO<span class="qirmizi"></span>

Böyük Britaniyanın Lids şəhərində boz rəngli "Hyundai" markalı avtomobilin ağ rəngli "Lamborghini" superkarının üzərinə sürdüyünə dair görüntülər videoya düşüb.

Milli.Az bildirir ki, hadisənin görüntülərini "The Sun" nəşri dərc edir.

Hadisə cümə axşamı, avqustun 11-də yerli vaxtla saat 10:24-də baş verib, lakin bu barədə yalnız indi məlum olub. Videonun kadrlarında italyan istehsalçısının dəbdəbəli kabriolet Koreya sedanı ilə toqquşub, sonra isə sonuncu onun üstündən keçib.

Nəşrin məlumatına görə, belə bir "Lamborgini"nin qiyməti 250 min funt-sterlinqdir. Maşının hal-hazırda təmirə ciddi ehtiyacı var. Hadisə yerinə gələn polis qəzada heç kimin ciddi xəsarət almadığını bildirib.

İrfan Vəliyev
Milli.Az

 

Mənbə: news.milli.az