Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edilib

Yaponiyanın paytaxtı Tokio istiqamətinə yaxınlaşan "Meari" qasırğası səbəbindən Şizuoka sahil prefekturasında 72 mindən çox insan təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hökumətinin qiymətləndirməsinə görə, bu, mümkün beş təhlükə səviyyəsindən dördüncüsüdür. Bu səbəbdən səlahiyyətli şəxslər sakinlərin təxliyəsinə dair göstəriş verib.

Bildirilib ki, qasırğa səbəbindən 200-dən çox reys, eləcə də bir sıra prefekturalar arasında bərələrin hərəkəti ləğv edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Litva Rusiya vətəndaşlarının Aİ-yə girişinin tam qadağan olunmasını təklif edir

SONRAKI XƏBƏR

Beriyanın həbsinin qərarına imza atmayan baş prokuror – Xruşşov Safanovu həbs edə bilməyib