İsmayıllı sakininin evində külli miqdarda narkotik aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

V.Ələkbərov ifadəsində həmin narkotik tərkibli bitkiləri iki ay əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb

SONRAKI XƏBƏR

Azər Badamov: “İnanmıram ki, kimsə rusca danışdığına görə təhqirə məruz qalsın”