Partiya sədrini it dişlədi - FOTO

Partiya sədrini it dişlədi - FOTO<span class="qirmizi"></span>

Seçki kampaniyası çərçivəsində Yalovaya səfər edən İYİ Partiya sədri Meral Akşenerin başına gözlənilməz hadisə gəlib.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akşenerin karvanında olan avtomobil sahibsiz iti vurub. Akşener avtomobilindən düşərək vəziyyətə müdaxilə etmək istəyib. Bu zaman yaralı it partiya sədrinin əlini dişləyib.

Akşener ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd olunub.

Baytara aparılan iti xilas etmək mümkün olmayıb.

Mənbə: www.bakupost.az