Çimərliyə gedənlərin nəzərinə: Bu ərazilərdə təhlükə var

Havaların kəskin isinəcəyi xəbəri dənizə üz tutanların sayını artırıb. Ancaq təəssüf ki, təkcə dünən 4 nəfər dənizdə boğulub. Onlardan 3-ü dünyasını dəyişib. Vətəndaşlar dənizə gedərkən diqqətli olmalıdırlar. Əks halda belə təhlükələrlə üzləşə bilərlər.

Havalar yenidən isindi. İstirahət gününü fürsət bilənlər dənizə üz tutdu.

Görüntülər paytaxtda Şıxov qəsəbəsi ərazisində yerləşən ictimai çimərlikdəndir. Səhər saatlarından etibarən yüzlərlə insan çimərliyə istirahətə gəliblər.

Ancaq dənizə gedənlər diqqətli olmalıdırlar. Ani diqqətsizlik və özünə arxayınlıq boğulmanıza səbəb ola bilər. Fövlqəladə Hallar Nazirliyinin məlumatına əsasən təkcə dünən 4 nəfər dənizdə boğulub. Onlardan 3-ü dünyasını dəyişib...

Nazirliyin kiçik həcimli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin böyük inspektoru Əlibaba Əlizadə deyir ki, vətəndaşlar məsuliyyətli olmalı, üzmə sərhədlərini məhdudlaşdıran nişanları keçib dənizin içərilərinə doğru üzməməldir.

Qeyd edək ki, nazirlik tərəfindən bu il ümumilikdə suda boğulma təhlükəsi ilə üzləşən 154 nəfər xilas edilib.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb

SONRAKI XƏBƏR

“”Viktoriya” bizə sürprizlər edə bilər” - Qurban Qurbanov