Quba-Xınalıq yolunda minik avtomobili aşdı - YARALI VAR - FOTO

Quba-Xınalıq yolunda minik avtomobili aşdı - YARALI VAR - FOTO<span class="qirmizi"></span>

 

Quba-Xınalıq yolunun Bostankeş kəndindən keçən hissəsində "Hyundai"markalı avtomobil qəza törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı sakini, 25 yaşlı Ərturan Aqil ağlu Həşimovun idarə etdiyi avtomaşın yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun soluna aşıb.

Nəticədə avtomobiləki sərnişin, Bakı sakini olan 35 yaşlı Elvin Məmməd oğlu Budaqov xəsarət alaraq Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxsin avtomaşının sahibi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu
















 

Mənbə: bizim.media