Soyğun üçün tunel qazdı, yol çökdü... - Şok hadisə

Soyğun üçün tunel qazdı, yol çökdü... - Şok hadisə<span class="qirmizi"></span>

 

İtaliyanın paytaxtı Romada yolun çökməsi nəticəsində çuxur əmələ gəlib. Çökmə nəticəsində yolun altında tunel qazıldığı məlum olub. Hadisə zamanı bir nəfər tuneldə qalıb.

Teleqraf.com xəbər verir ki, 8 saat davam edən çətin əməliyyatdan sonra xilas edilən şəxs yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xilas edilən şəxsin soyğun üçün yolun altında tunel qazan dəstənin üzvü olduğu aşkarlanıb.

Ehtimal olunur ki, dəstə həftəsonu bank soyğunu planlaşdırıb.

Mənbə: teleqraf.com