Rus ordusu Dnepropetrovsku "Uraqan"la vurdu

Rusiya hərbçiləri “Uraqan” reaktiv yaylım atəş sistemi vasitəsilə Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonuna zərbələr endiriblər.

Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının sədri Nikolay Lukaşuk məlumat verib.

“Uraqan”lardan Koşevoye kəndinin kənarındakı Şirokovskaya icmasını vurdular. Atışma nəticəsində elektrik verilişində fasilə yaranıb. Bundan əlavə, Bolşaya Kostroma da atəşə tutulub və orada elektrik şəbəkələri də zədələnib”, - məlumatda qeyd olunub.

Lukaşuk əlavə edib ki, atəş nəticəsində heç kim xəsarət almayıb, yaşayış binası dağılmayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Soyğun üçün tunel qazdı, yol çökdü... - Şok hadisə

SONRAKI XƏBƏR

İtaliyada məşhur cütlüyün toyu oldu