Çində qəfil gələn sel turistləri özü ilə apardı: Qurbanlar və itkin düşənlər var - FOTO/VİDEO

Çinin Çendu şəhərində (Siçuan əyaləti) turistik məkanda dağ çayında suyun səviyyəsində kəskin artım baş verib, nəticədə orada dincələn insanları su axını aparıb.

Hazırda ölən və itkin düşənlərin sayı dəqiqləşdirilir.

Məlumata görə, günortadan sonra Çenqdu yaxınlığındakı Luntsaoqou Landşaft Parkı ərazisindəki dağ çayında daşqın olub, suyun səviyyəsi kəskin qalxıb, axın istirahət zonasında quraşdırılmış düşərgələri və bir neçə çadır şəhərciyini aparıb.

İnternetdə yayımlanan videolarda insanların çaxnaşma içində hündür qayalardan və ağaclardan yapışmağa çalışdıqları, bəzilərini suyun apardığı görünür.

Hadisə yerinə 8 xilasetmə qrupu göndərilib.

O da vurğulanır ki, yaxın saatlarda əraziyə güclü yağış yağacağı gözlənilir.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə 7 ildə 36 minə yaxın terrorçu məhv etdi

SONRAKI XƏBƏR

Mahmud Qurbanov: "Bu müdafiə xəttini yara bilmədilər"