FTB: “Ukraynalı operatorun ölümü təsadüfi olmayıb”

FTB: “Ukraynalı operatorun ölümü təsadüfi olmayıb”<span class="qirmizi"></span>

“Rust” (“Pas”) filminin çəkiliş meydançasında operator Qalina Hatçinsin ölümünə və rejissor Coel Sousun ağır yaralanmasına səbəb olan atəş təsadüfi olmayıb.

Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun məhkəmə-tibbi ekspertizasının hesabatında məlumat verilib.

Sənəddə bildirilib ki, atışma zamanı istifadə olunan odlu silah tətiyi çəkilmədən atəş aça bilməz. Həmçinin qeyd edilib ki, revolverin işlək daxili hissələri zədələnməyib.

Xatırladaq ki, dekabr ayında verdiyi müsahibədə Alek Bolduin silahın tətiyini çəkmədiyini söyləyib.

Qeyd edək ki, ukraynalı kinooperator Hatçins çəkiliş zamanı məhz Bolduin tərəfindən açılan atəş nəticəsində həlak olub. Məşhur aktyor tapançada həqiqi güllənin olmasını bədbəxt təsadüf adlandırıb.

Mənbə: www.oxu.az