Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var

Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var<span class="qirmizi"></span>

Pakistanda baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb

“Report” xəbər verir ki, bu barədə “Geo News” televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Pəncab əyalətində qeydə alınıb. Pakistanda yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində azı 13 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edilir ki, avtobus hərəkətdə olarkənrxəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üzərinə aşıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Mənbə: report.az