Bakı sakinləri Qubada yol qəzasına düşüblər

Bakı sakinləri Qubada yol qəzasına düşüblər<span class="qirmizi"></span>

Quba rayonunda avtomobil qəzası olub.

"Report"un Şimal burosu xəbər verir ki, hadisə Quba-Xınalıq yolunda qeydə alınıb. Belə ki, "Hyundai SantaFe" markalı minik avtomobili qəzaya uğrayıb. Qəza zamanı Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Elvin Məmməd oğlu Budaqov və 1997-ci il təvəllüdlü Ərturan Aqil oğlu Həşimzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az