Pakistanda bombalı hücum: 3 ölü, 5 yaralı

Pakistanda bombalı hücum: 3 ölü, 5 yaralı<span class="qirmizi"></span>

Pakistanın Şimali Vəziristan bölgəsində bombalı hücum baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Geo Nyus" məlumat yayıb.

Məlumata görə, yol kənarında olan motosikletin üzərində qoyulan bombanın partlaması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Mənbə: axar.az