Sakit Okeanda güclü zəlzələ oldu

Yeni Zelandiya ilə birləşən və Sakit okeanda yerləşən Kermadek adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada zəlzələnin Kermadek adalarının cənubunda təxminən 40 kilometr dərinlikdə baş verdiyi bildirilib.

ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami riskinin olmadığını açıqlayıb. Hələlik zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın qılıncoynadanları 3 medal qazandı

SONRAKI XƏBƏR

İslamiada: Azərbaycan üzgüçüsü gümüş medal qazanıb