Müstəntiq küçədə yatdı - Mühüm sənədləri itirdi

Müstəntiq küçədə yatdı - Mühüm sənədləri itirdi<span class="qirmizi"></span>

Yaponiyada müstəntiq həmkarları ilə içki içdikdən sonra küçədə yuxuya gedib və üzərində çalışdığı cinayət işi üzrə sənədləri itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hyoqo prefekturasının polisinə görə, 49 yaşlı müstəntiq barda tabeliyində olan iki işçi ilə içdikdən sonra onları qatar stansiyasına qədər ötürüb, sonra isə piyada evə gedərkən küçədə yuxuya gedib.

Səhər saat beş radələrində oyanan müstəntiq içində cinayət işi üzrə şəxsi məlumatlar olan çantanın itdiyini aşkar edib. Sənədlərdə şübhəlinin doğum tarixi, ev ünvanı və iş yeri olub.

Qeyd olunur ki, Yaponiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına istintaq materiallarını icazəsiz iş yerindən kənara çıxarmaq qadağandır.

Bizim.Media

Mənbə: bizim.media