Somalidə 13 terrorçu öldürülüb

Somalidə 13 terrorçu öldürülüb<span class="qirmizi"></span>

Somali Quru Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində ən azı "Əş-Şəbab" terror qruplaşmasının 13 üzvü öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Hava zərbələri Hiran bölgəsindəki hədəflərə endirilib. Ölənlər arasında terror qruplaşmasının komandirləri də var.

Əl-Şəbab qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. 2008-ci ildən onun yaraqlıları vaxtaşırı terror aktları törədirlər. 2010-cu ilə qədər qrup geniş ərazilərə nəzarət etsə də, 2011-ci ilin yayında Somalinin paytaxtı Moqadişunu tərk etməyə və ölkə hökumətinə, onun müttəfiqlərinə qarşı partizan taktikasına keçməyə məcbur olub.

Mənbə: report.az