Şahdağ Milli Parkında yanğının söndürülməsində çətinliklər yaranıb - YENİLƏNİB

Şahdağ Milli Parkında yanğının söndürülməsində çətinliklər yaranıb - <span class="qirmizi">YENİLƏNİB</span>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində baş verən yanğınla bağlı açıqlama verib.

Nazirlikdən "Report"a bildirilib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov isə bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O, “Report”a bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

***

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.

Mənbə: report.az