Rusiya yenidən maska rejiminə qayıdır

Rusiyanın Buryatiya bölgəsində avqustun 16-dan etibarən koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə maska ​​rejimi tətbiq olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzorun respublika üzrə idarəsinin rəis müavini Yelena Kuzminaya məlumat verib.

O, bildirib ki, dövlət binalarında, istənilən növ ictimai nəqliyyata və digər insanların sıx toplaşdığı yerlərə gedərkən mütləq maska ​​taxmaq lazımdır.

Qeyd edək ki, sözügedən bölgədə iyunun 1-dən maska ​​rejimi ləğv edilmişdi.

Bundan əvvəl Rusiyada COVID-19-a yoluxma hallarının bir həftə ərzində demək olar ki, 50% artdığı bildirilib.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Milli komandamızın üzvü İslamiadada bürünc medal qazandı

SONRAKI XƏBƏR

Bu şəhər Moskvanı qardaşlıqdan çıxardı