İrəvanda dağıntılar altında qalanların sağqalma şansı azalır, aralarında iranlı da var

İrəvanda dağıntılar altında qalanların sağqalma şansı azalır, aralarında iranlı da var<span class="qirmizi"></span>

İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı itkin düşənlər arasında İran vətəndaşı da var. Ticarət mərkəzində itkin düşıənlərin sayı yenidən 19 nəfərə yüksəlib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir. İtkin düşənlərin siyahısında İran vətəndaşı olan Mehri Tahreri də var.

Xilasetmə qüvvələri departamentinin rəis müavini Baqrat Vardazaryan bildirib ki, artıq dağıntılar altında qalanların sağqalma şansı getdikcə azalır.

"Xilasetmə işləri dayanmır, risklər nəzərə alınır, təhlükəsizlik qaydalarına əməl olunur, riskləri aradan qaldırmalıyıq ki, işləyə bilək. Binanın uçmaq təhlükəsi var, orada dəmir - beton konstruksiyalar asılıb, xilasetmə işləri aparılmazdan əvvəl onları çıxarmaq lazımdır”, - Vardazaryan bildirib.

Xilasetmə işlərinə itlər də cəlb edilib.
Mürtəza
Ölkə.Az

Mənbə: olke.az