Əfqanıstanda 25 talib öldürülüb

Əfqanıstanda 25 talib öldürülüb<span class="qirmizi"></span>

Əfqanıstanın paytaxtı Kabilin “Taliban” tərəfindən ələ keçirilməsinin ildönümü günü Əfqanıstan Milli Müqavimət Cəbhəsi hərbi əməliyyatların intensivləşdiyini elan edib.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsi məlumat yayıb.

Qeyd olunub ki, Əfqanıstan Milli Müqavimət Cəbhəsi hücuma keçib və bütün Pəncşir boyu “Taliban” mövqelərinə hücum edib.

Bildirilib ki, nəticədə “Taliban”ın 25 döyüşçüsü öldürülüb, 18-i yaralanıb, biri isə əsir götürülüb.

Mənbə: report.az