Azərbaycanda 3 nəfər dağlıq ərazidə itkin DÜŞDÜ

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.
Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Güclü istilər olacaq - Kimlər üçün həyati təhlükə yaradır?

SONRAKI XƏBƏR

Zelenski Krımla bağlı Məşvərət Şurası yaratdı